DÜNYA
Qırğızıstanın Sosial-Demokrat Partiyası parlamentdəki koalisiya çoxluğundan çıxdığını elan edib
Bişkek, 24 oktyabr, AZƏRTAC
Qırğızıstan parlamenti - Joqorku Keneşin oktyabrın 24-də keçirilən iclasında Sosial-Demokrat Partiyası (SDP) parlamentdəki koalisiya çoxluğundan çıxdığını elan edib.
Parlamentdəki koalisiya çoxluğuna SDP-dən əlavə “Kırqızıstan”, “Onquu-Proqres” və “Ata məkan” partiyaları daxildir.
Ölkə qanunlarına görə, parlamentdəki koalisiya çoxluğunda olan partiyaların biri bu çoxluqdan çıxdığını elan edirsə, bu zaman hökumət istefaya gedir.
Xatırladırıq ki, Almazbek Atambayev SDP-dən Qırğızıstan Prezidenti seçilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]