SİYASƏT


Qırğızıstanın Turkelpress portalı erməni vandalizmini sübut edən fotoları yayıb

A+ A

Bişkek, 8 dekabr, AZƏRTAC 

Qırğızıstanın Turkelpress xəbər portalı AZƏRTAC-ın işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin törətdikləri vəhşilikləri əks etdirən fotolarını yayıb.

Həmin fotolar Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və digər yerlərdə çəkilib və erməni vandalizmini əyani şəkildə sübut edir.

Fotolarda Şuşa qalasının, Şuşa məscidinin, məşhur Gövhər Ağa məscidinin, Azərbaycan qəbiristanlıqlarının və bir sıra digər obyektlərin hazırkı görünüşü əksini tapıb.

Fotolarla bu linkdən tanış olmaq mümkündür: http://www.turkelpress.com/?p=21067

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.