İDMAN


Qırğızıstanın qadın voleybolçuları İslamiadanın bürünc medallarına sahib olublar

Bakı, 18 may, A.İsmayılova, G.Mahmudlu, P.Rəhimova, AZƏRTAC

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışında bürünc medalın sahibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışda üçüncü yer uğrunda görüşdə Tacikistan və Qırğızıstan yığmaları üz-üzə gəliblər. Matçda 3:0 hesabı ilə qalib gələn Qırğızıstan millisi İslamiadanın bürünc medallarına sahib olublar. Qırğızıstanlı voleybolçular hər üç setdə böyük fərqlə qələbə qazanıblar - 25:10, 25:12, 25:16.

Qızıl medal uğrunda görüşdə isə Azərbaycanın və Türkiyənin qadın voleybolçuları qarşılaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.