DÜNYA


Qırğızıstanın sabiq baş nazirinin prezidentliyə namizədliyi irəli sürülüb

Bişkek, 2 iyul, АZƏRTAC

Qırğızıstanın “Respublika-Ata Jurt” partiyasının qurultayında parlament müxalifətinin lideri, sabiq baş nazir Omurbek Babanovun oktyabrın 15-də keçiriləcək seçkilərdə prezidentliyə namizədliyi irəli sürülüb.

Bu günədək prezident seçkilərində iştirak etmək üçün Qırğızıstan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasına 11 namizəd müraciət edib.

47 yaşlı Omurbek Babanov Rusiyapərəst siyasətçi, Qırğızıstanın 100 uğurlu iş adamından biri sayılır. 2010-cu il aprel inqilabının liderlərindən biridir, o vaxt qurulan müvəqqəti hökumətin tərkibində olub. Almazbek Atambayev dövlət başçısı seçildikdən sonra Qırğızıstanın baş naziri olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.