MƏDƏNİYYƏT


Qırğızıstanın televiziya kanalları Azərbaycanın görkəmli sənətkarlarına həsr olunan qala-konserti təqdim edib

Bişkek, 16 fevral, АZƏRTAC

Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında böyük Azərbaycan müğənniləri Rəşid Behbudovun anadan olmasının 100 illiyinə və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Göy əbədiyyət” adlı qala-konsert Qırğızıstanın İctimai Televiziya və Radio Yayım Korporasiyasında (KTRK) tam olaraq göstərilib.

Konsert bundan əvvəl KTRK-nın Mədəniyyət kanalında nümayiş etdirilib.

Tədbirin əvvəlində Qırğızıstandakı səfirimiz Hidayət Orucovun və teatrın baş direktoru Bolotbek Osmonovun Azərbaycanın zəngin mədəniyyəti, ölməz sənətkarları Rəşid Behbudov və Müslüm Maqomayev haqqında çıxışları da verilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.