MƏDƏNİYYƏT


“Qırmızı bağ” filmi Bolqarıstanın beynəlxalq film festivalına dəvət alıb

Bakı, 14 dekabr, AZƏRTAC

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi Bolqarıstanın 8-ci “Sofia MENAR” beynəlxalq film festivalına dəvət alıb. Festival yanvarın 12-dən 29-dək Sofiya şəhərində keçiriləcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan filmi ilk dəfə olaraq bu festivalda iştirak edəcək. Festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddiali audiovizual əsərləri ilə tanış edir.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.

Qeyd edək ki, film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci “Mannheim-Heidelberg”, Misirin 38-ci Qahirə və Türkiyənin 5-ci “Van gölü” beynəlxalq film festivallarında iştirak edib. Azərbaycan, Bakıda keçirilən 7-ci Avropa Film Festivalında “Qırmızı bağ” filmi ilə təmsil olunub. Film, həmçinin 15-ci Dəkkə Beynəlxalq Film Festivalına dəvət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.