MƏDƏNİYYƏT


“Qırmızı bağ” filmi “YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” filmi təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, “Qırmızı bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Film vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən bir insanın həyatından bəhs edir. Yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Qeyd edək ki, filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.