REGİONLAR


“Qış möcüzəsi-2” adlı şou-proqram füzulili uşaqlar tərəfindən maraqla qarşılanır

A+ A

Füzuli, 18 dekabr, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə “Qış möcüzəsi-2” adlı şou-proqramla uşaqları sevindirir.

AZƏRTAC xəbər verir ki, rayonun işğaldan azad olunmuş kəndlərində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə təqdim olunan proqramın ssenari müəllifi teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və ədəbi hissə müdiri Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinovdur. Müxtəlif nağıl və cizgi filmi qəhrəmanlarının, Şaxta baba və Qar qızın başına gələn maraqlı qış əhvalatlarının yer aldığı proqram uşaqlar tərəfindən maraqla qarşılanır.

“Qış möcüzəsi-2” adlı şou-proqram rayonun müxtəlif yaşayış məntəqələrində 2017-ci il yanvar ayının 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.