REGİONLAR
“Qış nağılı” adlı Yeni il şənliyi ağcabədili uşaqlara sevincli anlar bəxş edib
Ağcabədi, 3 yanvar, AZƏRTAC
Ağcabədi rayonunda uşaqlar üçün rəngarəng və əyləncəli Yeni il şənlikləri davam edir.
Rayon Mədəniyyət Evində Ağcabədi şəhər incəsənət məktəbinin şagirdləri tərəfindən təqdim edilən “Qış nağılı” adlı növbəti şənlikdə 1, 2, 3, 4, 5, 8 və 11 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.
Çıxış edənlər uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.
Bayram tədbirində Şaxta baba, Qar qız və nağıl qəhrəmanları uşaqları şənləndirib, onlara sevincli anlar bəxş ediblər. Şən musiqi nömrələri, maraqlı səhnəciklər və rəqslərlə davam edən tədbirdə uşaqlara bayram hədiyyələri verilib.