İQTİSADİYYAT
Qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105001553 ISIN kodlu, 728 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 7 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 36,215,300.00 manat təşkil edib. Sifarişlər 86.5041 manat (23.8749 faiz) və 100.0000 manat (15.0000 faiz) qiymət intervalında təqdim olunub.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 100.0000 manat (15.0000 faiz) orta ölçülmüş qiyməti 100.0000 manat (15.0000 faiz) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar martın 1-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 milyon manat təşkil edib. İstiqrazlar 2019-cu il fevralın 26-da ödəniləcək.