İQTİSADİYYAT
Qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102006548 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 6 investor tərəfindən 13 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 41,430,800.00 manat təşkil edib. Sifarişlər 90.9771 manat (19.9999 faiz) və 92.6490 manat (15.9999 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 92.2253 manat (16.9999 faiz), orta ölçülmüş qiyməti 92.4163 manat (16.5480 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar aprelin 19-da həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 milyon manat təşkil edib. İstiqrazlar oktyabrın 17-də ödəniləcək.
Eyni zamanda, həmin gün BFB-də Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104007544 ISIN kodlu, 364 gün tədavül müddətli, 60 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda 7 investor tərəfindən 18 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 79,046,100.00 manat təşkil edib.
Sifarişlər 82.0483 manat (21.9999 faiz) və 87.3666 manat (14.5398 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84.7900 manat (18.0372 faiz), orta ölçülmüş qiyməti 85.2662 manat (17.3749 faiz) təşkil edib. İstiqrazlar gələn il aprelin 17-də ödəniləcək.