İQTİSADİYYAT


Qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105005554 ISIN kodlu, 728 gün tədavül müddətli, 5 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 7 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 23,772,700.00 AZN təşkil edib. Sifarişlər 96.7244 manat (17.0000 faiz) və 101.5908 manat (14.0600 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.8420 manat (14.5000 faiz), orta ölçülmüş qiyməti 101.0609 manat (14.3709 faiz) olub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyunun 14-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,000,000.00 manat təşkil edib. İstiqrazlar 2019-cu il iyunun 11-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.