İQTİSADİYYAT


Qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102015549 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 19 investor tərəfindən 41 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 64,012,200.00 təşkil edib. Sifarişlər 95.3003 manat (19.9998 faiz) və 97.8290 manat (9.0000 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 97.8290 manat (9.0000 faiz), orta ölçülmüş qiyməti 97.8290 manat (9.0000 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyulun 5-də həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10,000,000.00 manat təşkil edib. İstiqrazlar oktyabrın 3-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.