İQTİSADİYYAT


Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100352S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 75 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 1 investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 30,338,200.00 manat təşkil edib. Sifariş 98.8848 manat (14.5000 faiz) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8848 manat (14.5000 faiz), orta ölçülmüş qiyməti 98.8848 manat (14.5000 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların ödəmə tarixi 2016-cı il dekabrın 14-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.