İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100452S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 75 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 5,058,300.00 manat təşkil edib. Sifariş 98.8472 manat (14.9946 faiz) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8472 manat (14.9946 faiz), orta ölçülmüş qiyməti 98.8472 manat (14.9946 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün (t+0) həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 5,058,300.00 manat məbləğində müəyyən edilib. Notlar dekabrın 21-də ödəniləcək.