İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100552S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 75 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 50,116,600.00 manat təşkil edib. Sifariş 98.8472 manat (14.9945 faiz) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8472 manat (14.9945 faiz), orta ölçülmüş qiyməti 98.8472 manat (14.9945 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 50,116,600.00 manat məbləğində müəyyənləşdirilib. Notlar dekabrın 28-də ödəniləcək.