İQTİSADİYYAT


Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100652S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 75 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 2 investor tərəfindən iki sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,237,000.00 manat təşkil edib. Sifarişlər 98.8400 manat (14.5690 faiz) və 98.8800 manat (14.0609 faiz) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8400 manat (14.5690 faiz), orta ölçülmüş qiyməti 98.8650 manat (14.2514 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün (t+0) həyata keçirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 3,237,000.00 manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 2017-ci il yanvarın 5-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.