İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100752S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 75 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 2 investor tərəfindən iki sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 50,583,100.00 manat təşkil edib.
Sifarişlər 98.8472 manat (14.9945 faiz) və 98.8472 manat (14.9945 faiz) qiymət intervalında təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8472 manat (14.9945 faiz), orta ölçülmüş qiyməti 98.8472 manat (14.9945 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar dekabrın 14-də (t+0) həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 50,583,100.00 manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 2017-ci il yanvarın 11-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]