İQTİSADİYYAT


Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100253S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 2 investor tərəfindən iki sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 10,000,000.00 manat təşkil edib. Sifarişlər 98.8475 manat (14.9906 faiz) və 99.0749 manat (12.0052 faiz) qiymətində təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99.0749 manat (12.0052 faiz), orta ölçülmüş qiyməti 99.0749 manat (12.0052 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 5 milyon manat məbləğində müəyyən edilib. Notlar fevralın 8-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.