İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100156S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 2 investor tərəfindən iki sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 11,745,600.00 manat olub. Sifarişlər 98.8472 manat (14.9945 faiz) və 98.8900 manat (14.4316 faiz) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8472 manat (14.9945 faiz), orta ölçülmüş qiyməti 98.8528 manat (14.9208 faiz), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 11,745,600.00 manat məbləğində müəyyən edilib. Notlar martın 29-da ödənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]