İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100756S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 25 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 3 investor tərəfindən üç sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 21,810,000.00 manat təşkil edib. Sifarişlər 98.8472 manat (14.9945 faiz) və 99.0066 manat (12.9004 faiz) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8472 manat (14.9945 faiz), orta ölçülmüş qiyməti 98.8788 manat (14.5788 faiz), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 21,810,000.00 manat məbləğində müəyyən edilib. Notlar mayın 24-də ödəniləcək.