İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100856S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 25 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı üç investor tərəfindən təqdim olunan 4 sifarişin nominal üzrə ümumi məbləği 52,602,700.00 manat təşkil edib. Sifarişlər 98.8620 manat (14.7998 faiz) və 98.8800 manat (14.5631 faiz) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8620 manat (14.7998 faiz), orta ölçülmüş qiyməti 98.8628 manat (14.7893 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 manat məbləğində müəyyən edilib. Notlar mayın 31-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]