İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının 50100956S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 25 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı beş investor tərəfindən 5 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 75,253,700.00 AZN təşkil edib. Sifarişlər 98.8696 manat (14.6998 faiz) və 99.0448 manat (12.3995 faiz) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.9305 manat (13.8993 faiz), orta ölçülmüş qiyməti 98.9944 manat (13.0604 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 manat məbləğində müəyyən edilib. Notlar iyunun 7-də ödəniləcək.