İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50101056S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 25 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 8 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 117,983,500.00 manat təşkil edib. Sifarişlər 98.8848 manat (14.4999 faiz) və 99.0749 manat (12.0052 faiz) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0749 manat (12.0052 faiz), orta ölçülmüş qiyməti – 99.0749 manat (12.0052 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 manat məbləğində müəyyən edilib. Notlar iyunun 14-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]