İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50101256S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 5 investor tərəfindən beş sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 108,651,400.00 manat təşkil edib. Sifarişlər 99.0421 manat (12.01 faiz) və 99.0421 manat (12.01 faiz) qiymətində təqdim olunub.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0421 manat (12.01 faiz), orta ölçülmüş qiyməti – 99.0421 manat (12.01 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar mayın 31-də həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 50,000,000.00 manat məbləğində müəyyən edilib.
Notlar iyunun 29-da ödəniləcək.