İQTİSADİYYAT


Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100258S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 200 000 000 manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən 19 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 431,537,900.00 manat təşkil edib. Sifarişlər 99.1255 manat (11.34 faiz) və 99.2278 manat (10.01 faiz) qiymətində təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 manat (10.01 faiz), orta ölçülmüş qiyməti – 99.2278 manat (10.01 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 200,000,000.00 manat məbləğində müəyyən edilib. Notlar avqustun 16-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.