MƏDƏNİYYƏT
“Qisasçılar” filminin IV hissəsi çəkilir
Bakı, 12 avqust, AZƏRTAC
Co və Entoni Russo rejissor-qardaşları “Qisasçılar” filminin dördüncü hissəsinin çəkilişlərinə başlayıblar. Lakin rejissorlar dördüncü hissənin adını hələ ki, açıqlamırlar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, filmin “Qisasçılar: sonsuz müharibə” adlanan üçüncü hissəsi 2018-ci ildə ekranlara çıxacaq.
“Marvel Studios”un rəhbəri Kevin Fayqi bildirib ki, “Sonsuz müharibə” superqəhrəman filmlərinin 10 illik tarixində ən yüksək zirvə olacaq.
“Qisasçılar”ın dördüncü hissəsinin premyerası 2019-cu ilin mayına planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]