Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qışda Azərbaycanda necə istirahət etmək olar?

Bakı, 15 yanvar, AZƏRTAC

Bakının yerləşdiyi Abşeron yarımadasında qış mülayim keçir, havanın orta temperaturu müsbət 4-6 dərəcə olur. İlin bu vaxtı burada çoxsaylı qapalı komplekslərdəki əyləncələr populyardır. Lakin əgər qarlı qışın bütün gözəlliyini duymaq istəyirsinizsə, onda Qusar və Qəbələ regionlarında dünya standartlarına cavab verən dağ-xizək kurortlarına yollana bilərsiniz.

Amma əlbəttə ki, qışda ət və ədviyyatla zəngin milli yeməkləri də dadmaq olar. Bunlar ölkənin hər yerində hər bir restoranda satılır.

Xizəklə sürüşmək

Qusar rayonundakı dağ kurortu, “Şahdağ” turizm mərkəzi ən yaxşı epitetlərə layiqdir. Onun Qafqazda analoqu yoxdur. Burada qış idman növləri üzrə beynəlxalq tədbirlər keçirmək, habelə ilin istənilən vaxtında istirahət etmək olar. Təxminən 2058 hektarlıq ərazidə 5 otel, həm yeni başlayan, həm də peşəkarlar üçün 12 xizək trası, kanat yolları, süni qaryağdırma sistemi, buz meydançası, xizək ləvazimatını kirayə məntəqəsi, buz məktəbi, restoranlar, mağaza, tibb məntəqəsi fəaliyyət göstərir. Burada, həmçinin meyvə bağları və alabalığın (forel) olduğu kiçik çaylar var. Kompleksin enişlərindən birində isə 2351 metr yüksəklikdə “Mountain Top” unikal restoranın tikintisi tam sürətlə gedir. Bunu haqlı olaraq ölkəmizin ən yüksək dağ restoranı adlandırmaq olacaq.

Kompleks xizək sürmək istəyən ilk qonaqlarını artıq noyabrın əvvəlindən qəbul edir. Aydın qış günündə elə buradaca - Qusar rayonunun Laza kəndi ətrafında siz bir neçə buz şəlaləyə çox maraqlı ekskursiya edə bilərsiniz.

“Tufandağ” (www.tufandag.az) dağ-xizək, yay-qış istirahət kompleksi “Şahdağ”dan heç də geri qalmır. Kurort Bakıdan 218 kilometr və Qəbələ şəhərindən 4 kilometr məsafədə, istirahət üçün ən gözəl şəraitə malik mənzərəli dağlıq ərazidə yerləşir. Burada mürəkkəblik dərəcəsi fərqli olan bir neçə kanat yolu və xizək trası, kafe, restoran və otellər yerləşir. Ayrıca seksiyalarda xizəyin satışı və kirayəsi üzrə xidmətlər göstərilir, habelə xizək məktəbi və idman malları mağazası var.

Buradakı trasların özünəməxsusluğu meşə massivləri ilə əhatə olunmasındadır - sözlə təsviri mümkün olmayan gözəllik! Turistlər qış əyləncələri ilə Qəbələnin görməli yerlərinə ekskursiyanı və “Qəbələnd”ə - regionda ən böyük attraksionlar parkına getməyi asanlıqla uzlaşdıra bilərlər.

Konkidə sürüşmək

Buzda sürüşməyi bakılıların ənənəvi əyləncəsi adlandırmaq olmaz: yumşaq iqlimə malik paytaxtda qar çox az yağır. Lakin bu o demək deyil ki, buz üstündə konki sürmək istəyənlər üçün Bakıda məşğuliyyət tapılmayacaq.

Avropada ən böyük qapalı əyləncə mərkəzi olan “Megafun”da sahəsi 1000 kvadratmetrdən böyük olan “Moskva” sürüşmə meydançası ilboyu fəaliyyət göstərir. Burada nəinki konkidə şən vaxt keçirmək, həmçinin çoxsaylı kafelərdə təklif edilən təamlardan dadmaq və ya əyləncəli şopinqlə məşğul olmaq mümkündür.

Qışda isə Dənizkənarı Bulvarda açıq səma altında böyük süni buz meydançasında arzu edənlərin hamısına yer tapılır. Burada zəruri ləvazimatı kirayələmək və fiqurlu konki sürmək olar. Əgər bu Sizin debütünüzdürsə, onda təcrübəli təlimatçılar sizə buzda sürüşməyin əlifbasını öyrədəcəklər.

Attraksionlar parkında əylənmək

Küçədə soyuq olarkən insan daha çox vaxtını otaq şəraitində keçirmək istəyir. Lakin bu heç də dörd divar arasında qalıb sıxılmaq demək deyil. Bakıda yerləşən, Avropanın ən böyük qapalı ailəvi əyləncə mərkəzi “Megafun”da (www.megafun.az) buz meydançası ilə yanaşı, 30 min kvadratmetrdən çox sahədə ayrı-ayrı yaş kateqoriyalarından olanlar üçün 200-dən çox müxtəlif attraksion növü, oyun zalları, simulyator və digər əyləncə növləri var.

Mərkəzin nəhəng ərazisi müxtəlif oyunların “coğrafi” zonalarına bölünüb, onların hər birində müvafiq oyun zalları yerləşir. “Tokio” oyun zalında böyük miqdarda SEGA ultramüasir oyun aparatları təqdim edilir. On altı zolaqlı boulinqi olan “London” zonası və sürüşmək üçün meydanı olan “Moskva” zonası aktiv istirahəti sevənlərin xoşuna gələcək. Həmçinin “Ştutqart” avtodromunda gəzmək və ya “Venesiya”da orijinal qayıqda üzmək olar. Əsla qorxu bilməyən qonaqları “Qorxu tunelinə” səyahət gözləyir. Karusellər, müxtəlif oyunlar, “Paris” zonasının xüsusi otaqları, heyranedici “Cəngəllik” - təhlükəsiz rezin döşəmə örtüyü olan oyun kompleksi uşaqların ürəyincə olacaq. Bundan başqa, “Megafun”da hər biri səkkiz yerlik iki 4D kinoteatrı və 24 nəfər üçün nəzərdə tutulan 5D kinoteatrı var.

Son vaxtlar “Megafun” buraya gələnlərə xeyli sayda yeni əyləncələr, o cümlədən güzgülü labirint, uşaqları 7 nəhəng dinozavrla nağıllar aləminə aparan Dino park, eyni vaxtda 4 avtomobilin yarışa bildiyi kartinq, yüzlərlə attraksion və oyun aparatları təklif edir.

Qədim hamamlarda çimmək

Şaxtalı havada gəzintidən sonra yaxşıca qızınmağa hamam kömək edir. Əgər bu, qədim şərq hamamıdırsa, onda oraya mütləq getmək lazımdır.

Bakıda azı iki qədim hamam indiyədək fəaliyyət göstərir. Bunlardan biri İçərişəhərdə Kiçik Qala küçəsində yerləşən Ağa Mikayıl hamamıdır. XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən tikişmiş bu hamam məşhur “Hamamçılar məhəlləsi”ndə yerləşir. Əslində İçərişəhərdə memarlıq abidəsi kimi qorunan qədim hamam çoxdur, lakin onların arasında fəaliyyətdə olanı təkcə Hacı Ağa Mikayıl hamamıdır. İçərişəhərin digər hamamlarından fərqli olaraq, buradakı otaqlar daha genişdir. Soyunub-geyinmə və çimmək yerləri kvadrat formasındadır. Çаtmа tаğlаr və günbəzlər ümumi kompozisiyanı prоpоrsiоnаl yаruslаrа bölür. Onun İçərişəhərdəki digər hamamlardan fərqli tüstü bаcаsı var.

Azərbaycan kinematoqrafının incilərindən biri - Üzeyir Hacıbəylinin eyniadlı operasının motivləri əsasında çəkilmiş “O olmasın, bu olsun” filminin bəzi səhnələri Ağa Mikayıl hamamında lentə alınıb. Ona görə də el arasında bu hamamı komediyanın baş qəhrəmanının adı ilə - “Məşədi İbad hamamı” adlandırırlar.

Bakının mərkəzində fəaliyyətdə olan digər tarixi hamam - 1886-cı ildə tikilmiş “Təzə bəy” hamamıdır. Saray üslubunda elementləri, ekzotik şərq interyeri ilə seçilən bu hamam hazırda bakılıların və şəhərin qonaqlarının həm istirahət, həm müalicə üçün üz tutduqları məkandır.

Doyunca yemək

Qışda Azərbaycanda doyumlu milli xörəklərin və kulinariya sürprizlərinin həvəskarlarını bütün restoran və kafelərdə bol çeşid gözləyir. Bütün gecəni vam odda bişirilən xaş məhz soyuq vaxtda xüsusilə ləzzət edir. Xaşdan sonra heç bir şaxta sizə kar etməz.

Şəki şəhərində “ixtira” edilmiş saxsı qablarda verilən çox dadlı və zərif pitidən mütləq dadmaq lazımdır. Ət, noxud və ədviyyatdan bişirilmiş piti bədəninizi də, ürəyinizi də qızdıracaq.

Dəniz məhsulları olmadan nə qış? Səxavətli Xəzər balıq xörəklərinin böyük çeşidinin qədir-qiymətini bilənlərin istənilən tələbini ödəyə bilər; bu yeməkləri paytaxtın və regionların bir çox restoranları təklif edir. Pomidor və pendirlə verilən nərə balığı, içi doldurulmuş qızıl balıq, tavada öz yağında qızardılmış ilanbalığı, içərisi kişmiş və qozla doldurulmuş kütüm - ləvəngi və sair.

Bəs xəngəl - heç onsuz keçinmək olar? Buğlana-buğlana süfrəyə qoyulan yarpaq xəngəli bol ət qiyməsi bulyonla birgə adamın canını istənilən peçdən yaxşı qızdırır.

Desert üçün isə xurma, feyxoa və portağal!

Azərbaycan torpağı bol nemət yetişdirir, xeyli meyvə və tərəvəz ixrac edilir. Qışda bazarlar yetişmiş xurma və feyxoa ilə dolu olur. Bunlar nə qədər dadlıdırsa, daşınması da bir o qədər əlverişsizdir.

Bu meyvələr əcnəbilər üçün kifayət qədər ekzotik, Azərbaycan iqlimi üçün isə tamamilə adidir. İlk şaxtalar düşəndə xurma bal kimi şirinləşir. Lakin tünd rəngli ləti olan “korolyok” sortuna daha çox tələbat var. Azərbaycanda təzə xurma yedikdən sonra, onun qurusunu özünüzlə apara bilərsiniz. Bu, çox dadlı və qidalı delikatesdir.

Şaxtalı havada portağal, təzə limon və narınginin dadına baxmaq istəyirsiniz? Bayram əhval-ruhiyyəsi oyadan bu ətirli sitrus meyvələr Azərbaycanda bütün qış boyu süfrəyə qoyulur. Özü də onlar qonşu ölkələrdə satılandan ucuzdur, çünki respublikanın cənub regionlarında - Lənkəran və Masallıda yetişdirilir.

Mövsümdə feyxoa da az populyar deyil. Bu meyvənin ətri və dadı eyni vaxtda çiyələk, kivi və ananası xatırladır. Feyxoa cem üçün də yaxşıdır. Onu istənilən mağazadan tapa bilərsiniz və Azərbaycanda keçirdiyiniz tətillər haqqında dadlı xatirə kimi özünüzlə apara bilərsiniz!

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıram məkan: “Nəsimi Bağları”

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub

Babək rayonunda sahibkarlarla görüş: aqrar sahədə yeni Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib

® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı

Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

Tarixin yaddaşını yaşadan alim: Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

“PAŞA Bank” Naxçıvanda inşa olunan “Şəms-1” Günəş Elektrik Stansiyasına maliyyə vəsaiti ayırıb

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Dövlət Suverenliyi Günü Nizami rayonunda geniş ictimaiyyətin iştirakı ilə qeyd edilib

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti olub VİDEO

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti olub VİDEO

Bu saata olan əsas xəbərlər

Əkiz bacılar: Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan TDT-də həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaşdır - ŞƏRH

Ağcabədidə Milli Musiqi Günü: kitab və rəsm sərgisi, rəngarəng konsert proqramı

“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb

Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən “Tanış yadlar” sərgisini təqdim edib

Robert Mobili: Məqsəd Alban kilsəsini saxtalaşdıraraq erməni kilsəsi adı ilə dünyaya tanıtmaq idi

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Azərbaycanlı pianoçunun Varşavadakı konserti dinləyiciləri heyran edib

ADPU-CVU Peşəkar İnkişaf Təlimi liderlik dialoqu ilə yekunlaşıb

Sumqayıtda “PeşəFest-2026” layihəsinə başlanılıb

İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalında fetal təbabət üzrə master-klas olub

Azərbaycanın Dövlət Suverenliyi: tarixi, hüquqi və siyasi aspektlər -elmi praktik tədbir

Türkiyə Milli Müdafiə Nazirliyi: Birlikdə güclü, birlikdə qətiyyətliyik

Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü hazırlanacaq

Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır

Ailə tipli icmaəsaslı məktəbəqədər təlim qruplarına tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılıb

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası

Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib

Davamlı sülhün təməli etimaddır - MƏQALƏ

Neftçalada dəyəri 5 milyon manat olan dövlətə məxsus müəssisə özəlləşdiriləcək

® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub

Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Saatlıda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti tarixində və peşəkar musiqi sənətinin inkişafında rolu - ŞƏRH

Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

Türk dövlətləri arasında enerji və nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanı dərinləşdirəcək- RƏY

Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub

UNEC-də əlilliyi olan tələbələrin beynəlxalq təcrübə imkanları genişləndirilir

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

“Elektroenergetika və bərpaolunan enerji” Standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası olub

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

“Şahdağ” ES-də 5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Konstitusiya Məhkəməsi Palatasının iclasında Ali Məhkəmənin müraciətinə baxılıb

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

Azərbaycan muzeylərinin nadir eksponatları: “Harpoonlog A1” – elektron sistemlərdən xeyli əvvəl dənizçilər qət etdikləri məsafəni necə ölçürdülər?

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir VİDEO

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

GastroFest 2026: İçərişəhərdə dad, musiqi və müxtəlif mədəniyyətlərin rəngarəng görüşü

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

“Tenderyard” rəqəmsal alış-satış imkanlarını genişləndirir

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL-ın təyyarələrində səsləndiriləcək

Tarixçi: Albaniya ərazisində ərəb işğalı ərəfəsində müxtəlif dini inanclar mövcud olub

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalının təfərrüatları bəlli olub

BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb

Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb

AMEA-da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Məni Xankəndiyə bağlayan yurd sevgisi və şəhid qızımın xatirəsidir – Mübarizə Əliyeva

DOST könüllüləri üçün keçirilən təlim proqramının birinci mərhələsi başa çatıb

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib

Ötən il Türkiyədə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 247 milyonu ötüb

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Erməni tarixşünaslığının Albaniyanın sərhədləri ilə bağlı iddiası qədim mənbələr əsasında təkzib edilir

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb VİDEO

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb VİDEO

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/13/2025 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb

Aİİ-də Rusiyada Quranın tədqiqatları tarixinin müxtəlif mərhələlərindən bəhs olunub

Çexiyanın sənaye və ticarət naziri Avropada yeni enerji böhranı barədə xəbərdarlıq edib