CƏMİYYƏT


Qışın ilk günü: Yağış, bəzi yerlərdə qar

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycanda dekabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.