DÜNYA


Qiyamda iştirakına görə həbs edilən hərbçilərin sayı 1563-ə çatıb [YENİLƏNİB] VİDEO

A+ A

Anadolu Agentliyinin “Tvitter” hesabında qiyamda iştirak edən 1563 hərbçinin həbs edildiyi barədə məlumat yerləşdirilib.

Paytaxt Ankarada vətəndaşlar dövlət çevrilişi cəhdinə kəskin etirazlarını bildirmək üçün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının binasına doğru yürüş edirlər.

x x x

08:17

Qiyamla bağlı həbs olunanların sayı artıq 754-ə çatıb. Onların arasında general-mayor rütbəsində olan bir hərbçi də var.

x x x

07:20

Baş nazir qiyamda iştirak edən bir generalın öldürüldüyünü qeyd edib. Bildirib ki, həbs olunanlar arasında polkovnik rütbəsində olan hərbçilər də var.

Binəli Yıldırım, həmçinin günorta saatlarında bütün deputatları parlamentin fövqəladə iclasına çağırdığını deyib.

 

x x x

06:06

Bakı, 16 iyul, AZƏRTAC

Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, hazırda qiyamla bağlı 130 nəfər həbs olunub.

Hadisələrlə bağlı istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.