DÜNYA


Qiyamla əlaqədar daha bir general və 51 hərbçi tutulub

A+ A

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən Dənizli qarnizonunun və 11-ci komando briqadasının komandiri, general-mayor Özhan Özbakır və daha 51 yüksək rütbəli hərbçi həbs edilib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, qiyamdan sonra həbs edilən 105 yüksək rütbəli hərbçidən 58-i haqqında istintaq başa çatıb.

Dənizlidə həbs edilən şəxslər İzmirdəki cəzaçəkmə müəssisəsinə göndəriliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.