ELM VƏ TƏHSİL


“Qiymətləndirmə tapşırıqları” vəsaitləri hazırlanır

Bakı, 27 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) ötən illərdə hazırlanmış test kitabçalarının təkmilləşdirilməsi və yeni hazırlanacaq “Qiymətləndirmə tapşırıqları” vəsaitlərinin müzakirəsi aparılıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, həftə ərzində 5-ci sinif üzrə Azərbaycan dili, ingilis dili, rus dili (rus bölməsi), riyaziyyat, 6-cı sinif üzrə fizika, coğrafiya, Azərbaycan tarixi, ümumi tarix, biologiya fənlərindən test kitabçaları müvafiq siniflər üzrə dərsliklərin yeni nəşrləri ilə tutuşdurulub, oradakı dəyişikliklər nəzərə alınıb.

Yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, ingilis dili, ədəbiyyat, kimya, fizika, ədəbiyyat (rus bölməsi), rus dili (rus bölməsi), biologiya, ümumi tarix, coğrafiya, riyaziyyat fənlərindən X siniflər üçün müxtəlif tədris vahidləri üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirələri keçirilib. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanılmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.