İQTİSADİYYAT
Qiymətləri əsassız artıran şəxslər barədə qanunvericiliyə uyğun tədbir görülüb
Bakı, 4 mart, AZƏRTAC
İstehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılması hallarının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədov küçəsi, 205B-də Şakir Ağayevə məxsus "Sarı" marketdə və Abşeron rayonu, Fatmayı qəsəbəsində Aydın Əliyevə məxsus "Dəniz" marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qiymətləri əsassız artıran şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.