İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiqləmişdir
Bakı, 10 dekabr (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə yeni Qaydalar təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası ilə əlaqədar olaraq “İnvestisiya fondunun depozitarı tərəfindən pul hesablarının açılması, aparılması və pul köçürmələrinin həyata keçirilməsi” Qaydaları təsdiq edilmişdir.
Bu Qaydalar kollektiv investisiya sxemlərinin fəaliyyətinin təşviqinə xidmət edir. Eyni zamanda, investisiya fondunun depozitarı tərəfindən Azərbaycan Respublikası Banklararası Hesablaşmalar Sisteminə daxil olub olmamasından asılı olaraq investisiya fondları üçün açılan pul hesabları üzrə tələbləri, həmçinin belə pul hesablarının açılması, bağlanması və idarəedilməsi xüsusiyyətlərini müəyyən edir.