İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində “Təşkilat mədəniyyəti və biznes etikası” mövzusunda növbəti təlim keçirilmişdir
Bakı, 8 dekabr (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “Təşkilat mədəniyyəti və biznes etikası” mövzusunda növbəti təlim keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, təlim “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş komitə əməkdaşlarının potensialının gücləndirilməsi, səmərəli fəaliyyətinin təkmilləşdirilməsi, habelə iş təcrübəsinin artırılması istiqamətlərində həyata keçirilir.
Təlim zamanı təşkilatda idarəetmə münasibətlərində tətbiq edilən korporativ mədəniyyət, hər bir təşkilatın qəbul etdiyi daxili dəyərlər və nizam-intizam münasibətlərinin inkişafının ümumi məqsədlərə çatmaqda rolu müzakirə edilmiş, dövlət təşkilatlarında çalışan dövlət qulluqçularının riayət etməli olduğu etik davranış qaydaları təhlil olunmuşdur.
QKDK-da ilin sonunadək müxtəlif istiqamətlərdə təlimlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.