MƏDƏNİYYƏT


Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi  “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb

Bakı, 1 iyul, AZƏRTAC

İçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələr - Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi bu il də “Tripadvisor”un “Certificate of Excellence 2017” (“Mükəmməllik Sertifikatı 2017”) mükafatına layiq görülüb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, dünyanın ən nüfuzlu və on milyonlarla istifadəçi auditoriyası olan turistik internet portalı “Tripadvisor” şəbəkəsinin istifadəçiləri tərəfindən artıq üçüncü ildir ki, Bakıda ziyarət olunması tövsiyə edilən görməli yerlər sırasında İçərişəhər ən çox ziyarətçi rəyi alan məkandır.

2002-ci ildən təqdim olunmağa başlanan və hər il dünyanın müxtəlif ölkələrindən olan milyonlarla “Tripadvisor” istifadəçisinin rəy və münasibətləri əsasında verilən “Certificate of Excellence” mükafatı “TripAdvisor”un təqdim etdiyi ali mükafatdır. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti əsasında “Tripadvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.

İçərişəhərin növbəti dəfə bu mükafata layiq görülməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.