CƏMİYYƏT


“Qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlılığın  artırılmasında medianın rolu” mövzusunda təlim keçirilir

Bakı, 6 iyul, AZƏRTAC

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi “MediaLink” şirkəti ilə birlikdə jurnalistlər üçün “Qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlılığın artırılmasında medianın rolu” mövzusunda təlimə start verib.

AZƏRTAC xəbər verir ki, təlimin birinci günündə BMT-nin Əhali Fondunun ölkəmizdəki nümayəndəsi Fərid Babayev gender bərabərliyi, gender əsaslı zorakılıq, qadınlara səlahiyyət verilməsi məsələləri və s. mövzularda çıxış edib.

İki gün davam edəcək təlimin məqsədi yuxarıda qeyd olunan mövzularda yazan jurnalistləri cinslərin doğum zamanı nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlandırmaq və medianın diqqətini son illər Azərbaycanda aktual olan bu mövzuya cəlb etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.