İDMAN


“Qızıl Qran-pri” güləş turnirinin iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

A+ A

Bakı, 24 noyabr, Samira Allahverdiyeva, AZƏRTAC 

Güləş üzrə Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin iştirakçıları noyabrın 24-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Dünya Güləş Birliyinin, Beynəlxalq Güləş Federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri və idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərən Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Turnir iştirakçıları abidə önündə xatirə şəkilləri çəkdiriblər.

Noyabrın 26-dək keçiriləcək beynəlxalq turnirin final mərhələsində 50-dən çox ölkədən 700-ə yaxın pəhləvan mübarizə aparır.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnir Beynəlxalq Güləş Federasiyasının təqvim planında ən mühüm yarışlardan biridir.

AZƏRTAC beynəlxalq turnirin rəsmi media tərəfdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.