İDMAN


Qızıl mükafatçı: Bakıda keçirilən Dünya Kubokunda rəqabət çox yüksək olub

Bakı, 20 mart, AZƏRTAC 

Bakıda keçirilən Dünya Kubokunda rəqabət çox yüksək olub.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində yarışların qızıl mükafatçısı, Özbəkistan nümayəndəsi Oksana Çusovitina deyib.

O, çıxışından razı qaldığını deyib: “Rəqabət yüksək idi, ona görə də qələbəyə sevinirəm. Mən bu hərəkəti xüsusilə Dünya Kuboku üçün saxlayırdım. Bu dəfə mən mürəkkəb tullanışlarımı nümayiş etdirmədim, ona görə nəticə uğurlu alındı”.

O.Çusovitina qeyd edib ki, qaydalarda baş verən dəyişikliklərlə əlaqədar Dünya Kubokunda idmançılar faktiki olaraq yeni proqramlarla çıxış ediblər. Yeni Olimpiya dövründə yeni qaydalarla əlaqədar hər idmançı düzgün proqramla çıxış edib-etmədiyini yoxlayır. Ola bilər ki, burada hamı çətin proqramla çıxış etməyib. Amma rəqiblərin sayı çox idi və rəqabət yüksək idi. Ona görə çıxış etmək və medal uğrunda mübarizə aparmaq çox maraqlı idi.

“Bu yarışlar mənim üçün Monrealda keçiriləcək Dünya Çempionatı üçün hazırlıqdır. Sonra isə 2020-ci ildə mən yenidən Bakıya gələcəyəm. Bu turnir Olimpiya Oyunları üçün hazırlıq məqsədi daşıyacaq”, - deyə İdmançı Olimpiya Oyunlarında çıxış etməyi planlaşdırdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.