İDMAN


“Qızıl top” mükafatının qalibini yenidən jurnalistlər seçəcək

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

“Qızıl top” mükafatının qalibi yalnız jurnalistlərin seçimi əsasında müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, birgə mükafatlandırmaya dair FİFA ilə əməkdaşlığa xitam verən Fransanın “France Football” jurnalı ən yaxşı futbolçuya təqdim olunan “Qızıl top”la bağlı yeni qaydaları açıqlayıb. Nəşrin məlumatına görə, nüfuzlu mükafatın sahibi yalnız idman jurnalistlərinin yekun səsverməsindən sonra müəyyənləşəcək. Seçim otuz ən yaxşı futbolçu arasında aparılacaq. Sonda namizədlərin üçü finala qalacaq.

“France Football” jurnalı son beş ildə “Ballon d'Or”un mükafatlandırılma mərasimini FİFA ilə birgə həyata keçirirdi. İlin qalibi isə media təmsilçiləri ilə yanaşı, milli komandaların məşqçiləri və komanda kapitanlarının səsverməsi nəticəsində müəyyənləşirdi.

Xatırladaq ki, “France Football” “Qızıl top” mükafatını 1956-cı ildən, FİFA isə 1991-ci ildən “İlin futbolçusu” mükafatını təqdim edib. Mükafat hətta qeyri formal “Brilyant top” adını daşıyırdı. Tərəflər arasında 2010-cu ildən “Qızıl top”un birgə mükafatlandırılmasına dair beş illik müqavilə mövcud idi. Hazırda FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusuna ayrıca mükafatın verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.