İDMAN


“Qızıl top” üçün ilk beş namizədin adı açıqlanıb

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

“France Football” nəşri tərəfindən dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına namizəd olan ilk beş futbolçunun adı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, namizədlər arasında Kriştiano Ronaldo (Portuqaliya, “Real Madrid”), Qaret Beyl (Uels, “Real Madrid”), Serxio Aquero (Argentina, “Mançester Siti”), Pyer-Emerik Obameyanq (Qabon, “Borussiya”) və Canluicu Buffon (İtaliya, “Yuventus”) yer alıblar. Daha 25 namizədin adı isə yaxın vaxtlarda açıqlanacaq.

Bu il “Qızıl top” mükafatının qalibi yalnız jurnalistlərin səsverməsinə əsasən məlum olacaq.

Ötən il bu mükafatın sahibi Argentina millisinin və “Barselona” komandasının ulduzu Lionel Messi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.