REGİONLAR


Qızlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyində 30-dan çox idmançı mübarizə aparıb

Naxçıvan, 12 avqust, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən qızlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 4 yaş qrupunda 30-dan çox idmançı mübarizə aparıb. Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafə üzrə yarışın yekununa əsasən, 16-17 yaşlı idmançılar arasında Nuranə Səfərova, 15 yaşlı idmançılar arasında Tutu Nəsirli, 13-14 yaşlı idmançılar arasında Nigar İsmayıllı və 9-12 yaşlı idmançılar arasında isə Gülan Əhmədova finiş xəttinə hamıdan əvvəl çataraq qalib adını qazanıblar.

Sonda hər yaş qrupunda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.