REGİONLAR


Qızlar arasında voleybol üzrə Kəngərli rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Kəngərli, 2 fevral, AZƏRTAC

Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin idman zalında məktəblilər arasında 2 Fevral - Gənclər Günü münasibətilə tam orta ümumtəhsil məktəblərinin qız voleybolçuları arasında keçirilən rayon birinciliyinin qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, birincilik Kəngərli Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov və rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Sarvan Məmmədov çıxış edərək, ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğıdan danışıblar.

Yarışda 8 komanda iştirak edib. Yekun nəticəyə görə I yerə Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin komandası, II yerə Qıvraq qəsəbə tam orta məktəbinin komandası, III yerə isə Çalxanqala kənd tam orta məktəbinin komandası layiq görülüb.

Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.