Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qlobal Bakı Forumu: “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?” YENİLƏNİB VİDEO

Bakı, 16 mart, AZƏRTAC

Beşinci Qlobal Bakı Forumu çərçivəsində keçirilən daha bir panel “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçirilən paneldə dünyada və regionda baş verən ictimai-siyası proseslərlə bağlı ətraflı müzakirələr aparılıb.

Paneldə çıxış edənlər hərbi ittifaqlar haqqında danışıb, NATO-ya üzv dövlətlərin və digər beynəlxalq təşkilatların tərəfdaş ölkələrlə münasibətlərinə toxunublar. Qeyd olunub ki, dünyada hökm sürən iqtisadi-siyasi böhran ölkələrarası münasibətlərə də təsir göstərir.

Hərbi ittifaqların aktuallığından söhbət açan Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov qeyd etdi ki, indiki dövrdə müasir ittifaqların yaradılması vacibdir. NATO-nun fəaliyyətinə toxunan sabiq Prezident bu qurumun dünya üçün böyük əhəmiyyətə malik olduğunu və alternativinin olmadığını vurğuladı.

Ekvadorun sabiq Prezidenti Rosalia Arteaga qloballaşmanın bir çox hallarda çətinliklər yaratdığını vurğulayaraq Avropanın dünya üçün yeni modellər təqdim edəcəyinə ümidvar olduğunu bildirdi. O, təhsil işçisi olaraq bu sahədə yeniliklərin yaradılmasının, uşaqlarda kiçik yaşlardan sülhə, barışa təşviq edən fikirlər aşılanmasının tərəfdarı olduğunu dedi. Sabiq Prezident bütün dərsliklərdə sülh mövzusunun yer almasının vacibliyini vurğuladı.

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç “Mən gələcəyə görə çox narahatam” adlı məruzəsində qloballaşan dünyada bir çox insanların da bu məsələ ilə bağlı narahatlıq keçirdiyini dedi. O, bəşəriyyətin üzləşdiyi problemlərin, xüsusilə hərbi münaqişələrin tezliklə həll olunmasını arzuladığını vurğuladı. Qeyd etdi ki, bu problemlər həllini tapsa gələcəyə ümidlə baxmaq olar.

Fransanın sabiq iqtisadiyyat naziri Edmund Alfanderi Avropanın hazırda üzləşdiyi çətinliklərdən danışdı. “Miqrasiya, təhlükəsizlik problemləri, qaçqınların taleyi - bu kimi məsələlər bu gün hər kəsi düşündürür”, - deyə Fransanın sabiq naziri vurğuladı.

Edmund Alfanderi qeyd etdi ki, beynəlxalq münasibətlərin zərər görməməsi üçün bu problemlər mütləq həllini tapmalıdır.

Rumıniyanın sabiq Baş naziri Petre Roman Avropanın üzləşdiyi çətinliklər, regional inteqrasiya, miqrasiya sahəsində baş verən proseslərə münasibət bildirdi. Qeyd etdi ki, bu gün dünya qeyri-müəyyənlik və şübhələrlə doludur. Buna görə də əsas üç amilə diqqət yetirilməlidir və bu məsələlər həllini tapmalıdır. Bunlar qloballaşma, texnoloji inkişaf və iqlim dəyişikliyidir.

“Concordia” təşkilatının həmtəsisçisi və idarə heyətinin sədri Nikolas Logotetis dünyada baş verən problemlərin həlli yollarının tapılmasında birgə səylərin artırılmasının vacibliyini qeyd etdi.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək başda BMT olmaqla dünya siyasətində aparıcı mövqe tutan qurumların beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyi ilə bağlı yeni yanaşmaların ortaya çıxdığını bildirdi. Qeyd etdi ki, BMT-nin dünyada gedən geosiyasi proseslərə münasibəti, beynəlxalq və regional təhlükəsizliyi təhdid edən münaqişələrin aradan qaldırılması istiqamətində göstərdiyi ziddiyyətli fəaliyyəti dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşılanmır. Bu gün hamıya aydındır ki, bəzi Qərb dövlətlərinin təsiri altında BMT qəbul etdiyi qətnamə və qərarların yerinə yetirilməsinə ikili standartlar mövqeyindən yanaşır ki, bu da onun nüfuzuna ciddi zərbə vurur. Münaqişələrdən əziyyət çəkən dövlətlərin BMT-yə olan inamı getdikcə azalır.

Azərbaycanın da bu qurumun ikili standartlar münasibətilə üzləşdiyini vurğulayan Prezidentin köməkçisi deyib ki, BMT vaxtilə İraqın dərhal cəzalandırılmasına rəvac verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin də təxirə salınmadan yerinə yetirilməsi üçün prinsipial mövqe nümayiş etdirmir. Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə dərhal icra olunduğu halda, bu qurumun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi dörd qətnamə iyirmi ildən çoxdur ki, yerinə yetirilmir.

Əli Həsənov qeyd edib ki, hazırda BMT-nin ikili standartlardan kənar, müstəqil bir qurum kimi fəaliyyət göstərməsi üçün təşkilatda ciddi islahatların aparılması, onun yenidən strukturlaşması və Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılması zərurəti ortaya çıxıb. Hazırda bir çox ölkələr hesab edir ki, yalnız 5 dövlətin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququna sahib olması və ümumiyyətlə, təşkilatın formalaşmış daimi üzvlük meyarı ədalətli deyildir. Digər tərəfdən, BMT-nin hansısa ciddi qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 15 üzvündən 9-nun, o cümlədən 5 daimi üzvün konsensusa gəlməsindən asılıdır ki, bu da təşkilatın çevik və dinamik fəaliyyətinə böyük maneə yaradır. Təhlükəsizlik Şurasının üzvü olan bütün dövlətlərin heç də hamısının veto hüququna malik olmaması bəzi hallarda ədalətsiz qərarların qəbuluna gətirib çıxarır. Azərbaycan dövləti də dünyanın bütün regionlarında münaqişələrin aradan qaldırılması, sülhün və sabitliyin etibarlı şəkildə təmin olunması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir.

Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların yaranmasının zəruri olduğu məsələsinə toxunan Prezidentin köməkçisi deyib: “Son 25 ilin təcrübəsi göstərir ki, “birqütblü” sistem və “yeni dünya nizamı” konsepsiyası dünyanın bütün dövlətləri tərəfindən birmənalı şəkildə qarşılanmır. Yenidən “Çoxqütblülüyün” bərpa edilməsində maraqlı olan dövlətlər vardır və onlar müxtəlif hərbi-siyasi ittifaqların yaranmasını istəyirlər”. Bu məsələdə fikirlərin haçalandığını vurğulayan Əli Həsənov bildirib ki, Azərbaycanın 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatı isə dünya nizamının yeni arxitekturasının bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulmasında maraqlıdır və bu təşkilatın mövqeyinə görə, hansısa dövlət, yaxud beynəlxalq qurum dünyada sülhün və sabitliyin təmin edilməsində əlahiddə hüquqlara malik ola bilməz. “Çoxqütblü” dünyanın tərəfdarı olan Qoşulmama Hərəkatı hesab edir ki, dünyada bu və ya digər dövlətin, yaxud hansısa hərbi blokun uzun müddət mütləq liderliyini qoruyub saxlaması mümkün deyil. Hazırkı “birqütblü” sistem çoxsaylı beynəlxalq qlobal problemlər, regional münaqişə və mübahisələr yaradır ki, bu cür vəziyyətdən çıxış yolu isə beynəlxalq münasibətlərin “çoxqütblülük” şəraitində inkişaf etməsi ola bilər.

Sonra mövzu ilə bağlı müzakirələr aparıldı, suallar cavablandırıldı.

Qlobal Bakı Forumu: “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?” YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO