İQTİSADİYYAT


Qlobal LNG çoxluğu 2020-ci ilə qədər davam edəcək

Bakı, 18 may, Nihad Budaqov, AZƏRTAC

Qlobal bazarda mayeləşdirilmiş təbii qaz (liquefied natural qaz-LNG) üzrə təklif çoxluğu 2020-ci ilə qədər davam edəcək.

AZƏRTAC xəbər verir ki, Tailandın dövlətə məxsus neft və təbii qaz nəhəngi “PTT” şirkətinin baş icraçı direktoru Tevin Vongvaniç bu fikirdədir.

“LNG-də qlobal təklif çoxluğu daha 2-3 il davam edəcək. Hazırda qlobal bazarda həm LNG, həm də xam neft üzrə təklif yuxarıdır və bu, həddindən çox böyük rəqəmlərdir. Növbəti 2-3 ildə LNG qiymətlərində kəskin dəyişiklik gözləmirik”, - deyə o əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.