Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə Azərbaycan 37-ci yerdə qərarlaşıb

Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə Azərbaycan 37-ci yerdə qərarlaşıb

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış “2016-2020–ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində üç günlük seminar öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış “2016- 2020–ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üçün nəzərdə tutulan üçgünlük seminar öz işinə başlayıb. Bununla əlaqədar keçirilən açılış tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbər vəzifəli şəxsləri və nümayəndələri, Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən ilin sentyabr ayında qəbul olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetlərinə uyğun hədəflərə hesablandığını vurğulayıb. Qeyd edib ki, hazırda əmək bazarının dövlət tənzimlənməsinin innovativ yanaşmalar əsasında müasir modelinin qurulması aktual məsələlərdən biridir. Həmin Ölkə Proqramı və BƏT-lə əməkdaşlıq çərçivəsində təşkil olunan təlim kursları da bu mövzuda təcrübə və fikir mübadiləsinin aparılması üçün yeni imkanlar açır.

Nazir bildirib ki, Dünya İqtisadi Forumunun 2016-cı il üçün Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə Azərbaycan mövqeyini daha da yaxşılaşdıraraq 37-ci yerdə (MDB ölkələri sırasında 1-ci yerdə) qərarlaşıb. Bu indeksin formalaşmasında mühüm rol oynayan əmək bazarının səmərəliliyinə görə Azərbaycan 26-cı və makroiqtisadi mühitə görə 39-cu yerdə olub: “Dünyada iqtisadi və maliyyə böhranının dərinləşməsinə və bunun iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirlərə baxmayaraq, 2016-cı ildə ölkəmizdə qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub və ölkə qarşısında duran bütün əsas vəzifələr icra olunub”. S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosialyönümlü dövlət proqramlarında yüksəkkeyfiyyətli kadr potensialının formalaşdırılması, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional infrastrukturun təkmilləşdirilməsi, kadr hazırlığı sisteminin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması və s. mühüm hədəflər kimi müəyyən olunub. “Əmək bazarı bazar iqtisadiyyatının ən mürəkkəb elementlərindən biridir. Burada əməyin qiymətinin və əmək şəraitinin müəyyənləşdirilməsi prosesində işçinin və işəgötürənin maraqlarının uzlaşması ilə yanaşı, demək olar ki, cəmiyyətdə baş verən bütün sosial-iqtisadi dəyişikliklər əks olunur”, - deyə qeyd edən nazir əmək bazarının düzgün və məqsədyönlü tənzimlənməsinin ümumən sosial-iqtisadi inkişaf üçün vacib məsələlərin həllində xüsusi önəmini diqqətə çatdırıb. O bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti əmək bazarının tənzimlənməsi institutları sırasında xüsusi yer tutur: “İşsiz və işaxtaran vətəndaşların, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, onların əmək bazarına daha tez inteqrasiya olunması məqsədilə Dövlət Məşğulluq Xidmətinin maddi-texniki bazası və institusional strukturu daim təkmilləşdirilir. Belə ki, Dövlət Məşğulluq Xidməti orqanlarının strukturunun optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə işçilərinin sayı 2 dəfədən çox artırılaraq 908 nəfərə çatdırılıb”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məşğulluq orqanlarının fəaliyyətinin, əmək bazarının tənzimlənməsi sahəsində iş mexanizmlərinin mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb. H.Rəcəbli yeni başlanan bu təlim kurslarını qeyd olunan istiqamətdə əhəmiyyətli addımlardan biri kimi dəyərləndirib.

AHİK-in sədri Səttar Mehbalıyev “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın məşğulluq orqanlarının potensialının gücləndirilməsində də dəstək rolu oynadığını qeyd edib. S.Mehbalıyev Proqramın əmək resurslarının səmərəli məşğulluğuna yönələn iş metodlarının təkmilləşdirilməsi, əmək bazarı proqramları üzrə uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində geniş imkanlar açdığını diqqətə çatdırıb. O, yeni başlanan bu təlim kurslarının BƏT-lə əməkdaşlıq müstəvisində məşğulluq orqanlarının potensialının artırılması baxımından müsbət nəticələrinin olacağına əminliyini bildirib.

ASK-nın prezidenti Məmməd Musayev əmək bazarı və məşğulluq sahəsində aparılan siyasətin icrasında işəgötürənlərin fəal iştirak etdiyini vurğulayıb. M.Musayev aktiv məşğulluq tədbirlərinin məqsədyönlü təşkilində məşğulluq orqanları ilə işəgötürənlərin səmərəli əməkdaşlığının, sosial dialoqun xüsusi önəmini, yeni başlanan təlim kurslarının bu sahədə də fəaliyyətin gücləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.

BƏT-in eksperti Mixail Puşkin təlim kurslarında nəzərdə tutulan mövzuların hər birinin məşğulluq orqanlarının fəaliyyətində vacib komponentlər olduğunu, iştirakçıların həmin mövzular üzrə dünya təcrübəsində mövcud olan yanaşma və praktikalar barədə də biliklərinin artırılacağını vurğulayıb.

Təlim kurslarının BƏT-in ekspertləri Yuri Qerçiy, Mikael Mvasikakata, Yens Sibbersen, Yulya Surinanın iştirakı ilə üç gün davam edəcək ilk mərhələsi “Məşğulluq Xidməti, əmək bazarında siyasət və məşğulluq sahəsində əhatəli siyasət proqramları”, “Gənclərə və həssas qruplara yönəldilmiş fəal əmək proqramları və tədbirlər”, “Peşə yönümü: konsepsiyalar və alətlər”, “Əmək bazarında informasiya sistemi, “Yeni iş yerlərinin yaradılması”, “Danimarka Məşğulluq Xidməti timsalında ictimai vəziyyətin təhlili”, “Dövlət Məşğulluq Xidmətinin işində sosial dialoqun rolu” və s. mövzuları əhatə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır