Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qlobal geosiyasi mənzərədə dəyişiklik: yeni qüvvələr nisbətinə doğru

Qlobal geosiyasi mənzərədə dəyişiklik: yeni qüvvələr nisbətinə doğru

Müxtəlif analitik təşkilatlar dünya siyasəti, geosiyasəti, iqtisadiyyatı, təhlükəsizliyi ilə bağlı proqnostik hesabatlar hazırlamaqda davam edirlər. Onların hər biri maraqlıdır. Bizim regionla da bağlı bir sıra əhəmiyyətli məqamları özündə əks etdirən analitik sənədlərdə müəyyən faktorlar vardır ki, onların üzərində geniş dayanmağa ehtiyac duyulur. Bu bağlılıqda "Stratfor" və "PwC" kimi "beyin mərkəzləri"nin hazırladıqları məruzələr diqqətimizi çəkib. Onlarda qlobal miqyasda gözlənilən geosiyasi və iqtisadi proseslərin müəyyən təkamül ssenariləri analiz edilir və proqnozlar verilir. Hər iki təşkilat konkret olaraq Rusiyanın Avrasiyada siyasi, geosiyasi və iqtisadi nüfuzunun artacağından bəhs edirlər. Onlar məsələyə fərqli aspektlərdə yanaşırlar, lakin bütövlükdə mənzərə vahid məntiqi müstəviyə gətirildikdə, maraqlı qənaətlər əldə etmək olur. Həmin faktorların analizi faydalı olardı.

"Stratfor": Rusiya Avrasiyanın lideri ola bilər

Dünyanın "beyin mərkəzləri" geosiyasi dinamikada baş verə biləcək dəyişikliklərlə bağlı təhlillərini aparıb proqnozlar verməkdə davam edirlər. Maraqlıdır ki, onlar bəzən bir-biri ilə uyğun gəlməyən nəticələrə aparıb çıxarır. Lakin bütövlükdə dünya geosiyasətinin dinamikasını müəyyənləşdirmək baxımından həmin analizlər üzərində dayanmağa ehtiyac vardır.

"Stratfor" analitik mərkəzinin təhlil və proqnozları həmişə diqqəti çəkib. Bu dəfə də həmin təşkilat Rusiya ilə bağlı proqnoz verib (bax: Eugene Chausovsky. A New Year for Russia's Standoff With the West / "stratfor.com", 26 dekabr 2016). Məqalə müəllifinin fikrinə görə, 2017-ci ildə Rusiya Avrasiyada qüvvələr nisbətini dəyişmək şansına malikdir. Bu yenilik Moskvanın xeyrinə ola bilər. Kremlin bu uğuru ABŞ və Aİ-nin siyasətində gözlənilən düzəlişlərlə və Moskvanın MDB məkanında daha da fəallaşması ilə izah olunur.

Konkret ifadə edilsə, "Stratfor"un analitikləri gözləyirlər ki, bu il Rusiyanın bütövlükdə dünya siyasətinə təsir edə biləcək addımlar atması üçün lazım olan baza mövcuddur. Burada həm Moskvanın yaxın xaricdə daha səmərəli xarici siyasət yeritməsi faktoru rol oynayacaq, həm də Qərb elə də keyfiyyətli və qətiyyətli addımlar atmayacaq. Görünür, "Stratfor" Çin amilini də nəzərə alır. Çünki Pekin də ABŞ-dan asılı olmayan kursunu davam etdirəcəyini artıq bəyan edib. Avropanın böyük dövlətlərinə gəldikdə isə, "Brexit" onları Vaşinqtona son dərəcə ehtiyatla yanaşmağa sövq etməkdədir.

Analitiklər bir sıra Avropa ölkəsində bu il olacaq seçkilərdə D.Trampın siyasi mövqeyinə yaxın olan qüvvələrin uğur əldə edəcəyini gözləyirlər. Bu proses o cümlədən Fransa, Almaniya, Hollandiya və İtaliyada müşahidə edilə bilər. Artıq Fransada M.Le Pen "Frexit"dən danışır. Buna bənzər mövqe Avropanın digər siyasi dairələrində də səslənməkdədir.

Digər tərəfdən, Qərb analitik mərkəzləri vurğulayırlar ki, Avropada "siyasi turbulentlik" Amerikanı qane edir. Bu üsulla Vaşinqton "əbədi müttəfiqlərini" də idarə edə bilir. Həmin müddəalar işığında doğrudan da "Stratfor"un yuxarıda vurğuladığımız qənaətləri əsaslı təsir bağışlayır. Mümkündür ki, Rusiya Qərbdə gözlənən həmin tendensiyalardan yararlanaraq bu il geosiyasi meydanda daha fəal mövqe tutsun. Bu da Kremlə hətta sanksiyaların ləğvi məsələsini qaldırmağa imkan yarada bilər. Eyni zamanda, Rusiya üçün yaxın xaric məsələsi də aktuallaşa bilər.

Bütövlükdə Rusiyanın postsovet məkanında təsiri əhəmiyyətli dərəcədə arta bilər. Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan Rusiya ilə əməkdaşlığı daha da genişləndirəcəklər. Azərbaycan və Özbəkistan isə təhlükəsizlik sferalarında Moskva ilə əlaqələri inkişaf etdirməkdə maraqlı ola bilərlər (bax: əvvəlki mənbəyə). Bütün bunlar yekun olaraq Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) postsovet məkanında fəallığını yüksəltməyə imkan yarada bilər.

Bunların fonunda Avropa İttifaqının postsovet məkanına təsiri azalacaq. Mümkündür ki, ABŞ və Aİ-də bir sıra dairələr Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ləğv edilməsinə qarşı qətiyyətli mübarizə aparsınlar və NATO qoşunları Rusiya sərhədləri yaxınlığında qalsın. Lakin bu kimi faktorlar Moskvanın həm postsovet məkanı, həm də Qərb istiqamətində uğurlar əldə etməsinə mane ola bilməyəcək (bax: əvvəlki mənbəyə).

"PwC": Avropanın birinci iqtisadiyyatı olmağa kimin şansı var?

Şübhəsiz, "Stratfor" təcrübəli təşkilatdır. Onun analizləri və proqnozları maraqlıdır. Lakin Azərbaycan məsələsində analitiklər hansısa səbəbdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini təhlükəsizlik kontekstində layiq olduğu miqyasda və məzmunda nəzərə almırlar. Xatırladaq ki, "Stratfor" başqa bir proqnozunda 2017-ci ildə Rusiyanın Dağlıq Qarabağ məsələsində hakim rolunu oynamaqda davam edəcəyini vurğulayıb (bax: 2017 Annual Forecast: Eurasia / "stratfor.com", 27 dekabr 2016). Belə başa düşülür ki, "Stratfor" bu il Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş gözləməyib hesab edir ki, problem Kremlin nəzarəti altında qalacaq.

Bu halda Azərbaycan təhlükəsizliklə bağlı hansı addımları ata bilər? Əgər Qərb bu məsələdə passiv olmaqda davam edərək təcavüzkar Ermənistana real təzyiq göstərməyəcəksə, vəziyyət həqiqətən də təhlükəli hal ala bilər. "Stratfor"un analizi adekvatdırsa, Qərbin İrəvana hər hansı təsir göstərməsi gözlənilmir. Çünki hamı yaxşı bilir ki, münaqişənin mövcud status-kvo şəraitində qalmasının yeganə günahkarı Ermənistanın beynəlxalq təşkilatların sənədlərində qoyulan tələblərə əməl etməməsidir.

Təbii ki, belə olan halda problemin həlli İrəvandan konstruktiv olmağı tələb etməkdən keçir. Ağızdolusu sanksiyalardan danışan Qərb isə məhz bu məqamda sükuta qərq olur. Rusiyanı, İranı, Şimali Koreyanı və başqa ölkələri sanksiyalar tətbiq etməklə hədələyən dairələr təcavüzkar Ermənistanla bağlı tam sükut edirlər. Heç şübhəsiz, bu vəziyyətdə təşəbbüs tamamilə Rusiyanın əlinə keçə bilər. Söhbət bunun müsbət, yaxud mənfi olmasından getmir – reallıq var!

Ermənistan isə Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi sayılır. Hər bir halda, Rusiya rəsmiləri bunu dəfələrlə ifadə ediblər. Bir sıra konkret müqavilələr də var ki, Moskva İrəvanı müdafiə edir. Eyni zamanda, Moskvanın Azərbaycanla inkişaf edən, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı mövcuddur. Bütün bunlara görə, "Stratfor"un hesab etdiyi kimi, 2017-ci ildə Rusiyanın Cənubi Qafqaza təsiri digər böyük güclərdən daha çox ola bilər. Lakin bu vəziyyət Azərbaycanın təhlükəsizliyi ilə bağlı hansı şəraiti yaradır? Bu, artıq başqa mövzudur və "Stratfor" bunun üzərindən sükutla keçir. Bütün hallarda isə Azərbaycanın dövlət olaraq milli maraqlarına uyğun olmayan hər hansı bir təhlükəsizlik formatına qoşulmayacağı şübhə doğurmur.

Regional və qlobal geosiyasi dinamika baxımından başqa əhəmiyyətli məqam Rusiyanın iqtisadi gələcəyi ilə bağlı verilən proqnozlardır. "PricewaterhouseCoopers" (PwC) konsaltinq şirkətinin mütəxəssisləri "Dünya 2050-ci ildə" adlı hesabat hazırlayıblar (bax: The World in 2050. The long view: how will the global economic order change by 2050? / "pwc.com", fevral, 2017). Həmin sənədə görə, inkişaf etməkdə olan ölkələri birləşdirən "E7" (Çin, Hindistan, İndoneziya, Braziliya, Rusiya, Türkiyə, Meksika) 2050-ci ilə yaxın "G7"ni (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) üstələyəcək.

Məruzədə vurğulanır: "2050-ci ilə "E7" ölkələri dünya üzrə Ümumi Daxili Məhsulda indiki 35 faizlik payını demək olar ki, 50 faizə qədər yüksəldəcək". O cümlədən Rusiya nəinki mövqeyini qoruyub saxlayacaq, hətta həmin vaxtda Avropanın birinci iqtisadiyyatı halına gələcək.

Bütün bunlarla yanaşı, "PwC" ekspertlərinin əsas qənaəti ondan ibarətdir ki, dünya birliyinin D.Trampın proteksionist siyasətinə qarşı müqaviməti artacaq. Eyni zamanda, qloballaşmanın neqativ nəticəsi olan inkişaf etmiş ölkələrdə işsizliyin artması, gəlirlərin bölünməsində qeyri-bərabərliyin güclənməsi və ətraf mühitin qorunması, eləcə də iqlim dəyişikliyi probleminin aktuallaşması kimi məsələlər açıq qalır.

Məlumat üçün bildirək ki, "PricewaterhouseCoopers" 1998-ci ildə "Coopers & Lybrand" və "Price Waterhouse" şirkətlərinin birləşməsindən yaranıb. Brendləşmə əlaməti olaraq şirkətin adı 2010-cu ildə "PwC" olaraq qısaldılıb. Onun baş ofisi Londonda yerləşir. "PwC" beynəlxalq peşəkar xidmətlər qrupudur. Təşkilat dünyada 2-ci böyük peşəkar xidmətlər şirkəti hesab olunur. Reytinqdə dünya üzrə 3 böyük audit şirkətləri olan "Deloitte", "EY" və "KPMG"dən sonrakı yeri tutur. "PwC" 157 ölkədə, 756 məkanda 223000-dən çox işçi heyətinə malikdir. Şirkət 2016-cı ilin göstəricisinə əsasən Birləşmiş Ştatlarda 5-ci özəl böyük şirkət olub.

"PwC"nin yuxarıda bəhs etdiyimiz analizi ilə "Stratfor"un qənaətləri sanki bir-birini tamamlayır. Göründüyü kimi, Rusiyanın geosiyasi fəallığının arxasında iqtisadi nailiyyətlər dayanır. Təbii ki, bunların hər biri proqnozdur ki, özünü doğrultmaya da bilər. Ancaq indiki reallıqlar prizmasından onlara diqqət yetirmək lazımdır. Həm də ona görə ki, yuxarıda təsvir edilən məqamların birbaşa, yaxud dolayısı ilə Azərbaycana da aidiyyəti var.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib