İQTİSADİYYAT


Qlobal informasiya təhlükəsizliyi xərcləri artacaq

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Bu il qlobal informasiya təhlükəsizliyi xərcləri 81,6 milyard dollara yaxınlaşacaq. “Gartner” şirkətinin proqnozuna görə, bu, ötən illə müqayisədə 7,9 faiz daha çoxdur.

AZƏRTAC “cnews.ru” saytına istinadla xəbər verir ki, konsaltinq və İT autsorsinq kimi sahələrə daha çox vəsait xərclənir. 2020-ci ilin sonunadək təhlükəsizliyin yoxlanılması, İT autsorsinq və informasiya itkisinə qarşı müdafiə (“Data Loss Prevention” – “DLP”) həlləri üzrə istiqamətlər daha yüksək artım tempi nümayiş etdirəcək.

"Təşkilatlar insidentləri aşkar edən və ona reaksiya verən həllərə daha çox önəm verməyə başlayıblar. Çünki önləyici yanaşma zərərli hücumların bloklanmasında gözlənilən nəticə vermir”, - deyə “Gartner” şirkətinin baş tədqiqatçısı Elizabet Kim bildirib.

Tədqiqatçılar hesab edir ki, informasiya təhlükəsizliyi xərcləri artmaqda davam edəcək. Müxtəlif qiymətləndirmələrə görə, 2020-ci ilin sonunadək həmin bazarın həcmi 170 milyon dollar təşkil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.