CƏMİYYƏT


Qlobal istiləşmədən sonra qlobal buzlaşma başlaya bilər

Bakı, 8 iyul, AZƏRTAC

Ölkəmizdə iqlim dəyişkənliyi daha çox özünü bir-iki aylıq yağıntının bir-iki gün ərzində düşməsi, güclü küləklər, onların sürət və istiqamətinin dəyişməsi, paytaxtda küləklər azalanda Lənkəran-Astara bölgəsində artması, dolu yağması, sellər, daşqınlar, subasmaların çoxalması və temperaturun kəskin artıb–azalması ilə göstərir. Ehtimal edilir ki, yay aylarında dünyada proqnozlaşdırılan “cəhənnəm istiləri” müşahidə olunmayacaq. Bakı və Abşeron yarımadasında iyul-avqust aylarında havanın orta temperaturu 30-32 dərəcə arasında dəyişəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.

Onun dediyinə görə, XXI əsrin sonuna kimi dünyada havanın orta temperaturu 2,5-3,2 dərəcə arta bilər. Lakin “Paris İqlim Sazişi”ndə orta temperaturun 2 dərəcədən çox yüksəlməməsi əksini tapıb. Əslində temperaturun artıb-azalması min il ərzində baş verir, amma indi bunun üçün bir əsr də kifayət edir. Qlobal istiləşmənin sonu isə qlobal soyuqlaşma ilə nəticələnə, buzlaşma dövrü başlaya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.