İQTİSADİYYAT


Qlobal neft təklifi mayda gündəlik 95 milyon 740 min barrel olub

Bakı, 13 iyun, Nihad Budaqov, AZƏRTAC

Mayda qlobal neft təklifi əvvəlki aya görə gündəlik 130 min barrel artaraq sutkada 95 milyon 740 min barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, mayda qlobal neft təklifi ötən ilin eyni ayına görə gündəlik 1 milyon 480 min barrel artıb.

OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbatı keçən ilə görə gündəlik 1 milyon 270 min barrel artaraq sutkada 96 milyon 380 min barrelə çatacaq. OPEC-in builki xam neft tələbatı isə ötən illə müqayisədə sutkada 300 min barrel artaraq gündəlik 32 milyon min barrel olacaq.

Qeyri-OPEC ölkələrinin builki neft təklifi isə ötən illə müqayisədə sutkada 840 min barrel artaraq gündəlik 58 milyon 140 min barrel təşkil edəcək.

Dünya miqyasında may ayında istismara daxil olan neft quyularının sayı 2 min 15 olub. Bu quyuların 567-si OPEC-ə üzv olan ölkələrdə istismara verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.